Formula 1 rəhbərliyi ötən mövsümdə yarışların izlənməsi ilə bağlı məlumatları dərc edib. Bildirilib ki, 2018-ci ildə dünya çempionatına gələnlərin sayı 2017-ci illə müqayisədə 2,7 faiz çox olub. SİA xəbər verir ki, ən populyar mərhələ Böyük Britaniya Qran-Prisi olub. Bu yarışları üç gün ərzində 340 min tamaşaçı izləyib. İkinci yeri Meksika Qran-Prisi (335 min tamaşaçı), üçüncü yeri isə Avstraliyanın Melburn şəhərində ilk dəfə keçirilən Qran-Pri (295 min tamaşaçı) tutublar.
Formula 1 mərhələlərinin orta izlənmə göstəricisi 194 919 nəfər olub. Tamaşaçıların sayında ən çox artım Azərbaycan, Avstriya, Yaponiya və Kanadada olub. Ümumilikdə isə Formula 1 yarışlarının 21 mərhələsi 4 093 305 nəfərlik tamaşaçı auditoriyası toplayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB