“Çelsi” futbolçusu ilə müqaviləni yeniləyib

“Çelsi” futbolçusu Sezar Aspilikueta ilə müqaviləni yeniləyib. SİA-nın məlumatına görə, 29 yaşlı müdafiəçinin yeni müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, ispaniyalı futbolçu 2012-ci ildən London klubunda çıxış edir. O, bu mövsüm “Çelsi”nin heyətində 14 oyuna çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə