Berlində Məsud Özilə dəstək aksiyası olub

Berlində Məsud Özilə dəstək aksiyası olub

Almaniyanın paytaxtı Berlində türk əsilli futbolçu Məsud Özilin alman millisindən ayrılmasına etiraz olaraq aksiya keçirilib. Axar.az xəbər verir ki, “Mən Öziləm” adlı aksiya yüzlərlə vətəndaşın iştirakı ilə “Aksel Springer” nəşriyyat evinin qarşısında baş tutub.

Türkiyə və Almaniya bayraqlarının dalğalandırıldığı nümayişdə Prezident Rəcəb Tayyib Ərdoğanın və Məsul Özilin lehinə şüarlar səsləndirilib. Həmçinin Özil və Ərdoğanla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayan “Aksel Springer”ə də etiraz səsi ucaldılıb.

Xatırladaq ki, M.Özil Ərdoğanın Londona səfəri zamanı onunla foto çəkdirmişdi. Bu addımdan sonra türk futbolçuya qarşı irqçi münasibət və ayrı-seçkilik baş qaldırmağa başladı və nəticədə Özil alman millisindən getməyə qərar verdi.

Bütün xəbərlər Facebook səhifəmizdə