Messi ilk dəfə yeni doğulmuş oğlunun fotolarını paylaşıb - FOTOLAR

Messi ilk dəfə yeni doğulmuş oğlunun fotolarını paylaşıb - FOTOLAR

“Barselona”nın ulduz futbolçusu Lionel Messi ilk dəfə yeni doğulmuş övladının fotosunu paylaşıb. SİA-nın məlumatına görə, şəkillərdə 30 yaşlı futbolçu, 29 yaşlı xanımı Antonella Rokusso, 2 yaşlı Mateo, 5 yaşlı Tyaqo, 1 aylıq Çiro adlı oğulları və futbolçunun valideynləri - Seliya Mariya, Xorxe Messi yer alır.

Xatırladaq ki, Messi ilə Rokusso ötən il iyunun sonunda ailə qurublar. Cütlüyün 3-cü oğlu bu ilin martında dünyaya gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə