"Neftçi” martın 9-da Topaz Premyer Liqasının 19-cü turu çərçivəsində "Keşlə” klubu ilə qarşılaşacaq. SİA-nın məlumatına görə, "Bakcell Arena”da keçiriləcək oyun saat 18:00-da start götürəcək. Flaqman ümumilikdə bu komanda ilə indiyədək 53 çempionat oyununda üz-üzə gəlib. "Neftçi" bu görüşlərdən 26-da qələbə qazanıb, 13-də məğlub olub, 14 oyunda heç-heçə qeydə alınıb. Top fərqi də "Neftçi”nin xeyrinədir - 80:54.
Bu mövsümün ilk hissəsindəki oyunların hər ikisində Flaqman qalib gəlib. "İnter Arena”da Derlis Meza Kolli və Rəhman Hacıyevin qolları ilə 0:2 hesablı nəticə qeydə alınıb. "Bakcell Arena”dakı 3:1 hesablı qələbədə isə "Neftçi"nin heyətində Mirabdulla Abbasov, İqnasio Errera və Ruslan Abışov fərqlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə