Ruslan Abışov: "Meydanda öz sözümüzü deyəcəyik” - VİDEO

Ruslan Abışov: "Meydanda öz sözümüzü deyəcəyik” - VİDEO

"Neftçi” PFK Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində qarşılaşacağı "Qəbələ” klubu ilə oyunun hazırlığını davam etdirir. SİA-nın məlumatına görə, komanda İsmət Qayıbov adına təlim-məşq bazasında məşq keçib. Kapitanı Ruslan Abışov Neftçi TV-yə açıqlamasında "Qəbələ” ilə oyuna hazırlığı dəyərləndirib: "Hazırlıq yaxşı keçir, futbolçular həvəslə məşq edirlər. Bilirik, çətin səfər matçı olacaq. "Qəbələ” çempionluğa oynayan komandadır, buna görə də bizi çətin bir görüş gözləyir. "Zirə” ilə oyunda buraxdığımız səhvlərdən nəticə çıxarıb, bu qarşılaşmada qələbə qazanmalıyıq. Futbolda məğlubiyyətlər, heç-heçələr olur, amma önəmlisi budur ki, belə vəziyyətlərdə komanda şəklində bir olaq, toparlanıb qarşıdakı oyunlara yaxşı hazırlaşaq. Çox şükür ki, bu cəhətdən problemimiz yoxdur. Hər şey qaydasındadır, futbolçuların vəziyyəti yaxşıdır. İnanıram ki, martın 4-də komanda olaraq meydanda öz sözümüzü deyəcəyik”.

Xatırladaq ki, martın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ” - "Neftçi” oyunu saat 15:30-da başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə