“Roma”nın baş məşqçisi istefaya göndərilə bilər

“Roma”nın baş məşqçisi Eusebio Di Françesko mövsümün sonunda istefaya göndərilə bilər. SİA-nın məlumatına görə, xarici mətbuatda iddia olunr ki, komanda mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazana bilməyəcəyi təqdirdə, “canavarlar”ın rəhbərliyi italyan mütəxəssisi istefaya göndərəcək.

Qeyd edək ki, 48 yaşlı mütəxəssis ötən ildən “Roma”nı çalışdırır.

Paytaxt klubu A seriyasında 26 turdan sonra 50 xalla 5-ci pillədə qərarlaşıb. “Roma” ÇL-ə vəsiqə verən 4-cü yerdə qərarlaşmış “İnter”dən 1 xal geri qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə