Kubokun finalında "Yuventus"un rəqibi müəyyənləşdi

Kubokun finalında "Yuventus"un rəqibi müəyyənləşdi

Futbol üzrə İtaliya Kubokunda ikinci finalçının da adı bəlli olub. SİA-nın məlumatına görə, “Milan” klubu finala çıxmağı bacarıb. Cennaro Qattuzonun komandası yarımfinalın cavab oyununda “Latsio” ilə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı qolsuz tamamlanıb. Penaltilərdə isə “qırmızı-qaralar” üstün olub - 5:4.

Qeyd edək ki, “Milan” finalda “Yuventus”la qarşılaşacaq. Əzəli rəqiblərin görüşü mayın 9-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə