Futbol üzrə I Divizion təmsilçisi "Sabah" növbəti transferini reallaşdırıb. SİA-nın məlumatına görə, Bakı klubu Rusiyanın "Alaniya" komandasının yetirməsi sayılan Əziz Quliyevlə mövsümün sonuna kimi müqavilə bağlayıb. Cari mövsümün ilk yarısında "Şüvəlan"da çıxış edən sol cinah müdafiəçisi "Karvan", "Neftçi", "Bakı", "İnter" (hazırkı "Keşlə"), "Tavriya" (Ukrayna) və "Kalev" (Estoniya) klublarında da forma geyinib. Vaxtilə U-21-in şərəfini qoruyan 30 yaşlı futbolçu,əsas milliyə də çağırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB