Neymar meydandan qovuldu

PSJ Fransa Liqasında növbəti oyununa çıxıb. SİA-nın məlumatına görə, komanda 10-cu turda səfərdə "Marsel"lə qarşılaşıb və 2:2 hesabı ilə bərabərə qalıb. Paris klubunun qol silahı Neymar 85 və 87-ci dəqiqələrdə sarı vərəqə alaraq meydandan qovulub.

"Marsel" - PSJ - 2:2
Qollar:
Luis Qustavo, 16 (1:0), Neymar, 33 (1:1), Thauvin, 78 (2:1), Kavani, 90 (2:2)
Qırmızı vərəqə: Neymar (PSJ, 87-iki sarı vərəqə)

Qeyd edək ki, 10 turdan sonra turnir cədvəlinə 26 xalla PSJ başçılıq edir. "Monako" 22 xalla 2-ci, "Nant" 20 xalla 3-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə