Avropa Şahmat İttifaqında (AŞİ) prezident seçkiləri keçirilib. SİA-nın məlumatına görə, ittifaqın prezidentliyinə iki namizəd olub. Bunlardan Silvio Danailov rəqibi Türkiyə Şahmat Federasiyasının prezidenti Əli Nihat Yazıçını 6 xal fərqlə üstələyərək AŞİ-yə başqan seçilib. Veselin Topalovun meneceri kimi tanınan Danailov bu posta 12 il rəhbərlik etmiş sloveniyalı Boris Kutini əvəzləyəcək.
Xatırladaq ki, Kirsan İlyumjinov da yenidən FİDE prezidenti seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB