“Beşiktaş”ın oyununda işıq sistemində problem yaranıb

“Beşiktaş”ın oyununda işıq sistemində problem yaranıb

Çempionlar Liqasının 2-ci turu çərçivəsində “Beşiktaş” “Leytspiq”i qəbul edib. SİA-nın məlumatına görə, İstanbulda keçirilən qarşılaşma 60-cı dəqiqədə yarımçıq qalıb. Buna səbəb matçın keçirildiyi “Vodafon Arena”nın işıq sistemində yaranmış nasazlıq olub.

Futbolçular paltar dəyişmə otağına yollanıblar və nasazlıq aradan qaldırılıqdan sonra meydana qayıdıblar.

Qeyd edək ki, oyun "Beşiktaş"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə