“İnter”ə qarşı 10 ildir davam edən hücumlar axır ki, uğurla nəticələndi”. Qol.az-ın məlumatına görə, bu sözləri Bakı “İnter”inin sabiq prezidenti Georgi Nikolov öz Feysbuk səhifəsində yazıb.
O, “İnter”in adının “Keşlə” ilə əvəzlənməsinə kinayə ilə münasibət bildirib: “Heç olmasa “Zabrat” adını qoyaydılar. Axı bizim klub orada doğulub. Keşləlilər rahat nəfəs ala bilərlər. “Aqrarkredit” isə “Keşlə Arena”da onlar üçün əlavə tribunalar tikdirməlidir”. Qeyd edək ki, bolqarıstanlı iş adamı 2006-2015-ci illərdə “İnter”in prezidenti olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB