“Kopenhagen”in futbolçusu: "Qarabağ"ın heyətində peşəkar oyunçular toplaşıb" AÇIQLAMA

“Kopenhagen”in futbolçusu: "Qarabağ"ın heyətində peşəkar oyunçular toplaşıb" AÇIQLAMA

“Qarabağ” yaxşı komandadır. Belə olmasaydı, onlar pley-off mərhələsinə vəsiqə qazanmazdılar”. SİA-nın məlumatına görə, bu sözləri Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Kopenhagen”in futbolçusu Peter Ankersen Danimarka mətbuatına deyib.

26 yaşlı müdafiəçi bununla belə bildirib ki, komandasının qrupa düşmək şansı yüksəkdir: “Bizim yaxşı şansımız var. İki oyunun nəticəsinə əsasən, rəqibimizi üstələyə bilərik”.

Peter Ankersen hələ 2014-cü ildə Avstriyanın “Zalsburq” komandasında oynayərkən “Qarabağ”a qarşı ÇL-in ücüncü təsnifat mərhələsində çıxış edib: “O vaxt biz onlara qalib gəlib mübarizədən kənarlaşdıra bilmişdik. Amma rəqibin heyətində yaxşı peşəkar oyunçular toplaşıb və biz onları yaxından öyrənməliyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə