Vladimir Kliçko karyerasını başa vurub VİDEO

Ağır çəkili peşəkar boksçular üzrə dünya çempionu Vladimir Kliçko karyerasını başa vurub. SİA-nın məlumatına görə, 41 yaşlı ukraynalı idmançı bunu özünün "Youtube" kanalındakı səhifəsində açıqlayıb. O bildirib ki, boksla birdəfəlik vidalaşmır, bu sahədə fəaliyyətini davam etdirəcək.

Kliçko peşəkar karyerasında 64 qələbə qazanıb (53-nü mokautla), 5-də uduzub. O, WBO, IBF, IBO və WBA versiyaları üzrə qızıl kəmərin sahibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə