"Bakı" klubu "Simurq"la oyunun hazırlıqlarını davam etdirir

Sentyabrın 19-da "Bakı" klubu səfərdə "Simurq"la qarşılaşacaq. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Zaqatala təmsilçisi ilə oyuna hazırlıqları davam etdirən Vinfrid Şeferin yetirmələri bu gün 2 məşqə çıxacaq. Günün birinci yarısı məşq ADBTİA stadionunda saat 10:00-da, axşam məşqi isə "Bakı" futbol klubunun təlim-məşq bazasının süni örtüklü meydançasında keçiriləcək. Saat 17:00-da baş tutacaq ikinci məşqin süni örtükdə keçirilməsinə səbəb isə bazar günü keçirilən matçın süni örtükdə oynanılmasıdır.

Təbii örtüklü meydançalara payız mövsümü ilə bağlı hazırlıq, qulluq işlərinin aparılması ilə əlaqədar olaraq bir neçə günlük əsas komanda digər arenalara üz tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...