Bakıda cıdır yarışları keçirilib

Azərbaycan Atçılıq Federasiyası cıdır yarışları keçirib. SİA-nın məlumatına görə, Bakı Dövlət Cıdır Meydanında təşkil olunmuş turnirin ilk günü çövkən yarışlarına start verilib, sonra isə cıdır yarışları başlayıb. Yarışlar 7 kateqoriya üzrə təşkil olunub və müxtəlif məsafəli cıdır yarışlarında 20 çapar 50 atla yarışıb. Turnirdə Qarabağ, Dilboz, İngilis və Ərəb cins atları çıxış edib.

 

Yarışda fəxri kürsünün ən yüksək pilləsinə "Visper" ləqəbli atla Ramiz İbrahimov, "Aralıq" ləqəbli atla Mehrab Həsənov, "Atəş" ləqəbli atla Camal Tağıyev, "Silab" ləqəbli atla Mehrab Həsənov, "Simpli Qold" ləqəbli atla Anar Balahüseynov, "Paslı" ləqəbli atla N.Əbdürrəhmanov, "Peqas" ləqəbli atla Mehrab Həsənov qalxıb.

 

Qeyd edək ki, yarışların ümumi mükafat fondu 8 min manat olub.

Bütün xəbərlər Facebook səhifəmizdə