Samboçularımız Avropa çempionatında 2 medal qazanıblar

Samboçularımız Avropa çempionatında 2 medal qazanıblar

Minskdə sambo üzrə Avropa çempionatına yekun vurulub. SİA-nın məlumatına görə, çempionatda ölkəmizi 7 idmançı təmsil edib. Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədovun rəhbərliyi altında çempionatda iştirak edən millimiz Vətənə iki medalla qayıdıb. Finaladək inamla irəliləyən samboçularımız Ağasif Səmədov (52 kq) və Emil Həsənov (68 kq) qızıl medal uğrunda görüşdə uduzaraq ikinci yerlə kifayətləniblər.

Qeyd edək ki, yarışda ölkəmizi hakim kimi Cabir İsmayılov təmsil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə