"Tour d'Azərbaycan-2017" beynəlxalq velosiped turu ölkəmizin təbiətini, gözəl bölgələrini dünyaya göstərir. Bu yarışı işıqlandıran xarici televiziya kanalları vasitəsilə Azərbaycanın geniş potensialı bir daha nümayiş olunur". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Tour d'Azərbaycan-2017" beynəlxalq velosiped turunda mübarizə aparan "Synergy Baku" kontinental komandasının üzvü Elçin Əsədov deyib.
O vurğulayıb ki, yarışda komandamızın məqsədi yalnız qələbə qazanmaqdır: "Vətənimizdə keçirilən belə nüfuzlu beynəlxalq yarışda yalnız qələbə qazanmağı hədəfləmişik. "Tour d'Azərbaycan"da son 2 ildə komanda hesabında birinci olmuşuq. Bu il də çalışacağıq ki, uğur qazanaq. Amma velosiped yarışında hər şey ola bilər. Təkər sıradan çıxa, sepi qırıla bilər. Komandamız yaxşı hazırlıq keçmişik. Bu yarış Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən yüksək səviyyədə təşkil olunub"
İdmançı son Mərakeş turundankı uğurlarını xatırladıb: "On günlük Mərakeş turunun qalibi olduq. Komanda yoldaşım Kiril Pozdnyakov da mərhələ qalibi oldu. Yeddinci mərhələdə isə mən birincilik əldə etdim. Bu yarışda da əlimizdən gələni edəcəyik ki, bizə dəstək olan və inananların ehtimadını doğruldaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB