Hollandiya yığmasının baş məşqçisi istefaya göndərilib

Hollandiya yığmasının baş məşqçisi istefaya göndərilib

Hollandiya millisinin baş məşqçisi Danni Blind istefaya göndərilib. SİA-nın məlumatına görə, bu barədə ölkənin Futbol Federasiyasının rəsmi saytı xəbər yayıb. "Narıncılar"ın DÇ-2018-in seçmə mərhələsində səfərdə Bolqarıstana 0:2 hesablı məğlubiyyəti Blindin qovulması ilə nəticələnib.

Qeyd edək ki, 55 yaşlı mütəxəssis 2015-ci ildən Hollandiya millisini çalışdırırdı.

Əlavə edək ki, DÇ-2018-in seçmə mərhələsində A qrupunda mübarizə aparan hollandlar 4-cü yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə