UEFA İntizam Komitəsi "Barselona"nı cərimələyib

UEFA İntizam Komitəsi "Barselona"nı cərimələyib

UEFA İntizam Komitəsi "Barselona"nı cərimələyib. Qurumun rəsmi saytında yer alan xəbərə görə, buna klubun azarkeşlərinin Çempionlar Liqasının 1/8 finalında PSJ ilə cavab oyununda etdiyi hərəkətlər səbəb olub. Bəzi azarkeşlər meydana çıxdığı üçün klub 19 min avro məbləğində cərimələnib.

Qeyd edək ki, "Barselona" sözügedən matçda PSJ-yə 6:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə