“Milan”ın futbolçusu 4 ay sıradan çıxdı!

“Milan”ın futbolçusu 4 ay sıradan çıxdı!

"Milan" ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Cakomo Bonaventura uzun müddətə sıradan çıxacaq. Klubdan verilən açıqlamada qeyd edilib ki, A seriyasının XXII turunda "Udineze" ilə oyunda zədələnən oyunçu əməliyyata məruz qalacaq. 27 yaşlı futbolçunun bərpa və sağalma müddəti əgər əlavə problem çıxmasa, 4 aya qədər çəkəcək. Bu isə onun cari mövsümü başa vurması deməkdir.

Qeyd edək ki, Bonaventura bu mövsüm A seriyasında 19 oyunda forma geyinib. O, komandasına 3 qol və 2 məhsuldar ötürmə ilə yardımçı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə