“Barselona” “Atletik”ə məğlub olub

“Barselona” “Atletik”ə məğlub olub

İspaniya Kubokunda 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. SİA-nın məlumatına görə, "Barselona" səfərdə "Atletik"in qonağı olub. Bilbao klubu matçın gedişində 9 nəfərlə qalsa da, bu, "Barsa"nın 2017-ci ilə məğlubiyyətlə başlamasına mane olmayıb.

İspaniya Kuboku
1/8 final mərhələsi, ilk oyun
5 yanvar

"Atletik" - "Barselona" 2:1
Qollar: Aduriz, 25 (1:0), Villiams, 28 (2:0), Messi, 52 (2:1)
Qırmızı vərəqələr: Qarsiya, 74, İturraspe, 80 (hər ikisi "Atletik")

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu yanvarın 11-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə