"Osasuna" keçmiş futbolçusunu baş məşqçi postuna gətirdi

"Osasuna" keçmiş futbolçusunu baş məşqçi postuna gətirdi

İspaniyanın "Osasuna" klubunun yeni baş məşqçisi bəlli olub. Bu barədə İspaniyanın nüfuzlu "Marca" nəşri yazıb. Qəzetin yaydığı xəbərə görə, komandanı Petar Vasilyeviç çalışdıracaq. Serbiyalı mütəxəssis 1994/95 və 1999/2000-ci illərdə "Osasuna"da oynayıb.

Qeyd edək ki, "Osasuna" hazırda La Liqada 7 xalla sonuncu pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə