"Qarabağ" güclü komandadır. Amma heç nədən çəkinmirik .Sabahkı oyun asan olmayacaq. Üstəlik "Qarabağ" üçün də çətin görüş olacaq. Hər matça qalib gəlmək üçün çıxırıq. PAOK-la oyuna da qələbə üçün çıxmışdıq. Əlimizə şans da düşmüşdü. Ancaq PAOK da güclü komandadır və az şansdan maksimum yararlandılar". Bu sözləri "Fiorentina"nın qapıçısı Çiprian Tataruşanu Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"la oyun öncəsi keçirilən mətbuat konfransında deyib. 30 yaşlı qolkiper "Qarabağ"ın hər iki matçda PAOK-a qalib gəlməsinin onları qorxutmadığını bildirib:
"Futbolda belə müqayisələr düzgün deyil. Biz də "Qarabağ"a böyük hesabla qalib gəlmişik və sabah bu komanda ilə qarşılaşacağıq. "Fiorentina" hazırda yaxşı dövrünü yaşayır. Çünki komanda hazırda Avropa Liqasının qrup mərhələsinin lideridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB