Con Terri "Liverpul"a qarşı oynamayacaq

Con Terri "Liverpul"a qarşı oynamayacaq

"Çelsi"nin futbolçusu Con Terri sıradan çıxıb. İngilis klubunun rəsmi saytının yaydığı xəbərə görə, İngiltərə Premyer Liqasında "Suonsi"yə qarşı görüşdə zədələnən 35 yaşlı müdafiəçinin 10 gün müddətinə yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu isə o deməkdir ki, C.Terri İngiltərə Premyer Liqasının 5-ci turunda "Liverpul"a qarşı oynamayacaq.

Qeyd edək ki, "Çelsi" - "Liverpul" görüşü sentyabrın 16-ı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə