AZAL “Qarabağ” klubunu məğlub edib

AZAL “Qarabağ” klubunu məğlub edib

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatında IV tura start verilib. SİA-nın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib. AZAL "Qarabağ"ın qonağı olub. Oyunda qapılara 4 qol vurulub. Qarşılaşmada 3 dəfə qonaqlar, bir dəfə meydan sahibi fərqlənib.

Oyunda ilk qolu 64-cü dəqiqədə "Qarabağ"ın futbolçusu Şahin Əliyev vursa da, AZAL-ın oyunçuları Mahsun Qənbərli (70-ci dəqiqə) və Ruslan Nəsirli (78, 83-cü dəqiqələr) "təyyarəçilər"in qələbəsini rəsmiləşdirilər. AZAL 1:3 hesabı ilə qalib gəlib.

Əvəzedicilərin çempionatı
IV tur
8 sentyabr
"Qarabağ" - AZAL 1:3

Qollar: Şahin Əliyev, 64 (1:0), Mahsun Qənbərli, 70 (1:1), Ruslan Nəsirli, 78 (1:2); 83 (1:3)

Bütün xəbərlər Facebook səhifəmizdə