Toğrul Əsgərov "Rio-2016"da gümüş medal qazandı FOTOLAR

Toğrul Əsgərov "Rio-2016"da gümüş medal qazandı FOTOLAR

"Rio-2016" Yay Olimpiya Oyunlarında güləş yığmamız daha bir medal qazanıb. SİA-nın məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan Toğrul Əsgərov finalda Soslan Ramonov (Rusiya) ilə qarşılaşıb. London Olimpiadasının finalında rusiyalı güləşçini məğlub edərək çempion olan Əsgərov bu dəfə rəqibi ilə bacarmayıb. Soslan Ramonov 11:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Toğrul Əsgərov mübarizəyə 1/8 final mərhələsindən start vermişdi. O, ukraynalı Andrey Kvyatovskini 12:2 hesabı ilə məğlub etmişdi. Pəhləvanımız 1/4 finalda Frank Molinaro (10:0), yarımfinalda isə prinsipial rəqibi Frank Çamizonu (7:4) sıradan çıxarmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə