Zorxana və milli güləş üzrə Azərbaycan çempionatı start götürüb

Zorxana və milli güləş üzrə Azərbaycan çempionatı start götürüb

Zorxana və milli güləş üzrə Azərbaycan çempionatı start götürüb. Siasport.az saytı xəbər verir ki, 2-cı dəfə keçirilən zorxana və pəhləvan, həmçinin milli güləş üzrə Azərbaycan çempionatına 12 komanda qatılıb.

Çempionatın açılış mərasimində Azərbaycan güləşinin tanınmış nümayəndələri, həmçinin Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Əbiyev iştirak edib. Çempionatdan daha çox bayram ab-havasında keçirilən yarış rəqslərlə start götürüb. Ardından final mərhələsinin yarışları başlayıb. Zorxananın sənk növündə gərgin mübarizədən dünya çempionatının mükafatçısı Həsənəli Bayarmov qalib ayrılıb. Milli güləş yarışları da maraqlı alınıb. Avropa və dünya çempionatının qalibi, dünya kubokunun sahibi Tural Əliyev 90 kq çəki dərəcəsində yenə hamıdan üstün olub. Əliyev həm də yarışın ən yaxşı iştirakçısı kimi xüsusi kuboka sahib çıxıb. Bundan əlavə 60 kq-da Tural Cavadov, 70 kq-da Məmmədi Salamov, 80 kq-da Yusif Vəliyev Azərbaycan çempionu olub.

Bu gün Zorxananın Milsəngi, milbazi, Çərxsurət, Çərçəməni qolları üzrə yarışlar keçiriləcək.


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня