“Qəbələ” Fransadan sərfəli nəticə ilə qayıdır

“Qəbələ” Fransadan sərfəli nəticə ilə qayıdır

Dünən axşam futbol üzrə UEFA Avropa Liqasında III təsnifat mərhələsinin oyunlarına start verilib. Qol.az-ın məlumatına görə, turnirdə yeganə təmsilçimiz "Qəbələ" də növbəti oyununa çıxıb. Roman Qriqorçukun komandası Fransada "Lill"in qonağı olub. Görüş 1:1 hesabı ilə başa çatıb. Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 4-ü keçiriləcək. Xatırladaq ki, təmsilçimiz buna qədər Gürcüstanın "Samtredia", Macarıstanın MTK klubunu mübarizədən kənarlaşdırıb. "Lill" isə birbaşa III təsnifat mərhələsindən mübarizəyə başlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə