Sadıq Sadıqov: \" Qol şanslarından istifadə edə bilməməmiz komandanın həyəcanlı olmasından irəli gəlir\"-AÇIQLAMA

Sadıq Sadıqov: \" Qol şanslarından istifadə edə bilməməmiz komandanın həyəcanlı olmasından irəli gəlir\"-AÇIQLAMA

"Neftçi"nin oyunu yaxşı alındı. Təlim-məşq toplanışı keçəndən sonra ilk matçımız idi. Oyunun gərgin keçəcəyini bilirdik". Bu sözləri "Neftçi" – "Xəzər Lənkəran" qarşılaşmasından sonra siasport.az saytına açıqlamasında "Nefçi" klubunun prezidenti Sadıq Sadıqov deyib. O, oyundan razı qaldığını və hər iki komandanın baş məşaçilərini təbrik etdiyini bildirib. S.Sadıqov komandaların açıq oyun oynadıqlarını vurğulayıb. "Heç Xəzər Lənkəran"ın təlim-məşq toplanışını da izləməmişdik. Qol şanslarından istifadə edə bilməməmiz komandanın həyəcanlı olmasından irəli gəlir. Mənim rəhbərliyim altında "Nefçi"nin oyununa ilk dəfə idi ki, bu qədər azarkeş gəlmişdi", - deyə S.Sadıqov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə