Topaz Premyer Liqasının sonuncu - 36-cı turunun oyun cədvəlində dəyişiklik edilib. SİA-nın məlumatına görə, turun görüşləri əvvəlcədən nəzərdə tutulduğu kimi mayın 21-də deyil, bundan bir gün öncə reallaşacaq. Buna səbəb yarışı mükafatçılar sırasında bitirmiş komandalara medalların təqdim olunacağıdır.
Eyni zamanda, mayın 21-də 17 yaşlı futbolçulardan ibarət milli komandalar arasında Bakıda keçirilən Avropa çempionatının final görüşü baş tutacağından Premyer Liqa görüşlərinin vaxtının dəyişdirilməsi məqsədəuyğun hesab olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB