"Neftçi"
təlim-məşq toplanışı keçmək üçün artıq Türkiyənin Antalya şəhərindədir.
Siasport.az saytı xəbər verir ki, türkiyəli mütəxəssis Mehmet Ak təlim-məşq
toplanışında flaqmanın fiziki hazırlıq üzrə təlimlərində "Neftçi"yə
yardım edəcək.
Xatırladaq
ki, bir neçə gün əvvəl "Qalatasaray"ın düşərgəsində olan flaqmanın
baş məşqçisi Arif Əsədov qardaş ölkədə Mehmet Akla görüşüb, fikir mübadiləsi də
aparmışdı. Əgər türkiyəli məşqçinin işi "Neftçi" rəhbərliyini və
məşqçilər korpusunu razı salsa, onunla işbirliyinin davam etdirilməsinə
baxılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB