Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Abşeron Rəsm Qalereyasında Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş "Müharibə uşaqların gözü ilə" mövzusunda növbəti ənənəvi sərginin mükafatlandırma mərasimi keçirilib. SİA-nın məlumatına görə, mükafatlandırma mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov iştirak edib.
Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət Himni canlı olaraq səslənib. Sonra tədbir iştirakçılarına Xocalı qətliamı haqqında geniş məlumat verilib.
Yasamal rayonundan Mirəhməd Musayev 1-ci, Suraxanı rayonundan Günay Mazanova 2-ci, Nizami rayonundan Fidan Rzazadə isə 3-cü yerə layiq görülüb. Digər 8 iştirakçıya isə həvəsləndirici diplomlar və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, sərgidə Bakının müxtəlif rayonlarından 60 məktəbli iştirak edib. Nümayiş olunan 70 əsər əsasən qrafik janrda, müxtəlif texnikalarla işlənib.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB