Taekvondoçumuz “Rio-2016”-ya lisenziya qazanmağa iddialıdır

Taekvondoçumuz “Rio-2016”-ya lisenziya qazanmağa iddialıdır

Ümumdünya Taekvondo Federasiyası Olimpiya reytinq cədvəlini açıqlayıb. Azərbaycan Taekvondo Federasiyasından bildiriblər ki, siyahıya əsasən, Azərbaycan millisinin taekvondoçusu, dünya çempionu, birinci Avropa Oyunlarının qalibi Radik İsayevin "Rio-2016" Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq şansı böyükdür.

Qaydalara görə, idmançılar Qran-pri turnirlərində yığdıqları Olimpiya reytinq xallarına görə Olimpiya Oyunlarına vəsiqə qazanırlar. Noyabr ayı üçün açıqlanan cədvələ görə, siyahıda üçüncü sırada yer alan Radik İsayevin (80 kq-dan yuxarı) Olimpiadaya vəsiqə əldə etməsi daha real görünür. Hazırda onun hesabında 320,47 reytinq xalı var.

Yanvarda İstanbulda keçiriləcək turnırdə isə Azərbaycanın bir oğlan və iki qız idmançısı üçün "Rio-2016"ya lisenziya qazanmaq imkanı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə