Azərbaycan çempionatında Gürcüstan klubu da yarışacaq

Azərbaycan çempionatında Gürcüstan klubu da yarışacaq

Noyabrın 6-da voleybol üzrə qadınlar arasında Azərbaycan çempionatı start götürəcək. Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 6 komandanın mübarizə aparacağı çempionatda ilk dəfə olaraq yerli komandalarla birgə qonşu ölkənin komandası da mübarizə aparacaq.

2017-ci ildə Avropa çempionatı Azərbaycanda və qonşu ölkə olan Gürcüstanda keçiriləcək. Azərbaycan Voleybol Federasiyası əməkdaşlığı daha da möhkəmləndirmək məqsədi ilə qonşu ölkənin təklifini müsbət qarşılayıb. Beləliklə, çempionluq uğrunda "Azəryol", "Azərreyl", "Lokomotiv", "Telekom", "Gənclər" və "Tbilisi" komandaları mübarizə aparacaqlar. Yalnız "Tbilisi" komandası tur sistemində yarışacaq (Hər səfərdə komanda ardıcıl olaraq bir neçə oyun keçirəcək).

Tarix

Saat

Oyunlar

Keçirilmə yeri

Tur

06.11.2015

15:00

Tbilisi – Gənclər

Azərreyl İdman Bazası

I tur

Ilk oyundan sonra

Çempionatın açılış mərasimi

17:30

Lokomotiv- Telekom

19:30

Azərreyl- Azəryol

Tarix

Saat

Oyunlar

Keçirilmə yeri

Tur

07.11.2015

16:00

Azərreyl-Tbilisi

Azərbaycan Voleybol Federasiyası (İdman Zalı)

II tur

Tarix

Saat

Oyunlar

Keçirilmə yeri

Tur

08.11.2015

16:00

Telekom -Tbilisi

Gənclik Olimpiya Kompleksi

III tur

Bütün xəbərlər Facebook səhifəmizdə