Nigar Arpadarai: “Formula-1” yarışlarını çox böyük qürur hissi ilə keçirəcəyik” AÇIQLAMA
"Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran-pri yarışlarının ilkin təqvimə görə iyun ayı təşkil olunması planlaşdırılır. Lakin son rəsmi təqvim dekabr ayında müəyyənləşəcək". Bu sözləri SİA-ya açıqlamasında "Bakı Şəhər Halqası" şirkətinin Marketinq və Kommunikasiya departamentinin direktoru Nigar Arpadarai deyib. O, həmin vaxt hansı komandaların və hansı pilotların mübarizə aparacağının da bəlli olacağını qeyd edib.
"Formula-1" dünyada ən çox sevilən yarışlardan biridir. Bu yarışlar azarkeş kütləsinə, televiziya auditoriyasına görə futbol üzrə dünya çempionatı və Yay Olimpiya Oyunlarından sonra üçüncü yerdə qərarlaşır. Belə ki, "Formula-1" yarışlarını 187 ölkədə 500 milyondan çox adam izləyir. Bu, çox böyük rəqəmdir. Ona görə, bu yarışları Azərbaycanda çox böyük qürur hissi ilə keçirəcəyik", deyən departament rəhbəri Avropa Qran-prisinin Bakıda şəhər trekində təşkil olunacağını vurğulayıb. O, sözügedən yarışların "Bakı Şəhər Halqası" adlandırıldığını qeyd edib.
N. Arpadarainin sözlərinə görə, şəhərin mərkəzi küçələrindən keçən marşurutun uzunluğu 6 km-dir: "Yarışın start və finiş zonası Hökumət Evi ilə üzbəüzdür. Marşurut İçəri Şəhər və Bulvar ətrafında dövr edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB