“Formula-1” yarışları ilə bağlı jurnalistlər üçün seminar təşkil olunub
Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran-pri yarışları ilə əlaqədar jurnalistlər üçün seminar təşkil olunub. SİA-nın məlumatına görə, tədbirdə "Bakı Şəhər Halqası" şirkətinin Marketinq və Kommunikasiya departamentinin direktoru Nigar Arpadarai "Formula-1" yarışları haqqında məlumat verib. O, paytaxtımızda təşkil olunacaq möhtəşəm yarışla bağlı tikinti işlərinin gələn ildən başlayacağını qeyd edib. N. Arpadarai ilkin təqvimə görə yarışların iyun ayında keçirilməsinin planlaşdırıldığını, ancaq dəqiq tarixin dekabr ayında müəyyənləşəcəyini deyib.
Departament rəhbəri bu yarışların dünyanın ən çox tamaşaçı auditoriyası olan idman tədbirlərindən olduğunu vurğulayıb. N. Arpadarai "Formula-1" yarışlarının ölkəmizdə turizm sahəsinin daha çox inkişaf etməsinə şərait yaradacağını bildirib.
O, "Bakı Şəhər Halqası" adlanan, şəhər trekində təşkil olunacaq yarışların marşrut xətti, hazırlıqlar və akkreditasiya haqqında məlumat verib.
Sonda departament rəhbəri jurnalistlərin suallarını cavablandırıb və fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB