“Zirə”nin baş məşqçisi 1 oyun cəzalanıdı İK-NIN QƏRARLARI

“Zirə”nin baş məşqçisi 1 oyun cəzalanıdı İK-NIN QƏRARLARI

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:

28 oktyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının X turunun "Qəbələ" – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

28 oktyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının X turunun "Zirə" – "Kəpəz" matçının 58-ci dəqiqəsində "Zirə" klubunun 39 №-li futbolçusu Sadiq Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1). Oyunun 87-ci dəqiqəsində "Zirə" klubunun 13 №-li futbolçusu Aleksandr Şemonayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48). Oyunun 14-cü dəqiqəsində "Zirə" klubunun baş məşqçisi Adil Şükürov texniki zona qaydaların pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 62).

28 oktyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının X turunun "Neftçi" – "İnter" matçında "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Oyunun 36-cı dəqiqəsində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunur (maddə 52).

28 oktyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının X turunun "Xəzər Lənkəran" – "Sumqayıt" matçında "Xəzər Lənkəran" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Bütün xəbərlər Facebook səhifəmizdə