Bu gün Bakıda "Orion" Kikboksinq İdman Mərkəzinin açılışı olub. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi, ölkəmizin idman ictimaiyyətinin təmsilçiləri, idmanın bu növü üzrə məşğul olan atletlər iştirak ediblər.
Açılış mərasimində qeyd olunub ki, yeni mərkəzin istifadəyə verilməsi Azərbaycan dövlətinin idmanın inkişafına göstərdiyi diqqət və qayğının daha bir göstəricisidir. Belə mərkəzlərin istifadəyə verilməsi ölkəmizdə idmanın, o cümlədən kikboksinqin inkişafına və gənclər arasında kütləviliyinin artırılmasına mühüm töhfə verəcək.
Bildirilib ki, "Orion" Mərkəzində dərslər tanınmış idmançılar Eduard Məmmədov və Müşfiq Hüseynli tərəfindən keçiriləcək. Burada bütün yaş kateqoriyaları üzrə oğlan və qız kikboksçular ustalıqlarını artıra bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB