Şahmatçılarmız Avropa çempionatında 3 medal qazanıblar

Şahmatçılarmız Avropa çempionatında 3 medal qazanıblar

Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələrin Avropa çempionatı başa çatıb. SİA-nın məlumatına görə, 8-18 yaşadək şahmatçıların ayrı-ayrı yaş qrupları üzrə mübarizə apardığı çempionat 9 turdan ibarət olmaqla İsveçrə sistemi ilə keçirilib. Ümumilikdə 25 şahmatçımızın mübarizə apardığı çempionatın finişində təmsilçilərimizdən 3-ü fəxri kürsüyə yüksələ bilib. 10 yaşadək qızlar arasında mübarizə aparan Aydan Allahverdiyeva aktivinə 7 xal yazaraq gümüş medala sahib çıxıb. Gövhər Beydullayeva isə 12 yaşadək qızların yarışında 2-ci yeri tutub. Ölkəmizə 3-cü gümüş medalı isə 8 yaşadək oğlanların çempionatında mübarizə aparan Read Səmədov qazandırıb. Nurtac Heydərli 8 yaşadək qızlar arasında 4-10-cu yerləri bölüşdürərək yarışı 6-cı pillədə tamamlayıb. Nərmin Məmmədova 5.5 xal toplayaraq 18 yaşadək qızlar arasında 8-12-ci yerləri bölüşdürüb. Aydın Süleymanlı isə 6.5 xalla 10 yaşlı oğlanların yarışında 6-cı olub. Digər şahmatçılarımız müxtəlif yerlərdə qərarlaşsalar da mükafatçılar sırasına düşə bilməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə