“The Reuters” Birinci Avropa Oyunlarından yazıb

“The Reuters” Birinci Avropa Oyunlarından yazıb

"Reuters" Azərbaycanda keçirilən Birinci Avropa Oyunları ilə bağlı məqalə yayımlayıb. SİA-nın məlumatına görə, məqalədə yazılıb ki, möhtəşəm açılış mərasimi üçün 6 dəfə Grammy mükafatı laureatı Ledi Qaqa çıxış edib, ümumilikdə 95 milyon dollar vəsait xərclənib. Həmçinin məqalədə qeyd olunub ki, möhtəşəm açılış mərasimində Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də iştirak edib: "Belə bir möhtəşəm mərasimin hazırlanması və Azərbaycanın belə bir yarışa ev sahibliyi etməsi böyük hadisədir. Avropanın bütün istiqamətindən atletlər Bakıya toplaşır. Burada onlar özlərinin xoş münasibətlərini və dostcanlılığını bir-birinə göstərirlər".

Məqalədə o da vurğulanıb ki, Azərbaycan ilk qızıl medalını karate yarışlarında əldə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə