Rakel Fereyra: "I Avropa Oyunlarının təcrübəsi nümunə kimi qalacaq" AÇIQLAMA
"Azərbaycanda olduğum üçün çox xoşbəxtəm. Biz üzərimizə düşən məsuliyyəti dərk edirik". Bu sözləri SİA-ya açıqlamasında I Avropa Oyunlarında mübarizə aparan qadınlar arasında çimərlik voleybolu üzrə Azərbaycan komandasının üzvü Rakel Fereyra deyib. O, "Bak-2015"də uğurlu çıxış etmək üçün bütün gücləri ilə yarışacaqlarını bildirib: "Həm biz, həm də azarkeşlər həyəcanlıdırlar. Bu, normaldır. Çimərlik voleybolu Azərbaycan üçün yeni idman növüdür. Biz əlimizdən gələni edirik ki, yaxşı oyun nümayiş etdirək. Polşa komandasını məğlub etdik. Növbəti görüşlərdə də qalib gəlməyə çalışacağıq".
"Bakı-2015" ilk Avropa Oyunları çox yüksək səviyyədə təşkil edilib. Bütün təşkilati işlərdən çox razıyıq. Tarixdə ilk dəfə keçirilən I Avropa Oyunlarının təcrübəsi nümunə kimi qalacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB