İbraya daha bir cəza: 4 oyunluq

UEFA-dan sonra Fransa Futbol Federasiyası da PSJ-nin hücumçusu Zlatan İbrahimoviçə cəza tədbiq edə bilər. Xarici KİV-lərə istinadən yayılan xəbərə görə, icveçli futbolçunun Fransa liqasının "Bordo"ya qarşı keçirilən matçında hakimi təhqir etdiyi iddia olunur.

Vəziyyəti aydınlaşdırmaq üçün İbrahimoviç Fransa Futbol Federasiyasına çağırılıb. Əgər futbolçunun hakimi təhqir etdiyi sübut olunsa, ona dörd oyunluq cəza tədbiq olunacaq.

Xatırladaq ki, bundan öncə UEFA İbrahimoviçi bir matçlıq cəzalandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə