Şəhriyar Məmmədyarov Soçidə “Memorial Talya” yarışında liderdir

Şəhriyar Məmmədyarov Soçidə “Memorial Talya” yarışında liderdir

Soçidə şahmat üzrə "Tal Memorialı" blits turniri keçirilir. Yarışda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov da iştirak edir. Yarışda 12 şahmatçı iştirak edir. Sevindirici haldır ki, birinci dövrədən sonra turnir cədvəlinə 11 mümkün xaldan 10 xal yığmış Şəhriyar Məmmədyarov başçılıq edir.

Turnir cədvəlində vəziyyət belədir: 1. Ş.Məmmədyarov - 10 xal; 2. A.Qrişşuk – 8 xal; 3. A.Morozeviş – 7 xal; 4. P.Svidler – 6,5 xal; 5.B.Gelfand – 5,5 xal; 6-9. B.Kramnik, Y.Tomaşevski, S.Karyakin, P.Leko – hərəyə 5 xal; 10. E.İnarkiyev – 4,5 xal; 11. Y.Nepomnyaşşiy – 3,5 xal; 12. A.Kostenok – 1 xal.

Turnirin mükafat fondu 100.00 min ABŞ dolları təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə