"Sumqayıt" futbol klubu "Sumqayıt" - "Qəbələ" yoldaşlıq matçında qonaqların qara dərili futbolçusu Ekiqo Ehiosuna qarşı azarkeş tərəfindən işlədilən irqçi və təhqiredici ifadələrlə bağlı bəyanat yayıb. SİA bəyanatı olduğu kimi nəzərinizə çatdırır: "Məlumat üçün bildirək ki, noyabrın 12-də "Kapital Bank Arena"da "Sumqayıt" FK ilə "Qəbələ" FK arasında yoxlama oyunu keçirilib. Qarşılaşmanın 40-cı dəqiqəsində stadionda olan bir azarkeş tərəfindən rəqib komandanın üzvü Ekiqo Ehiosuna qarşı xoşagəlməz ifadə səsləndirilib.
"Sumqayıt" Futbol Klubu olaraq, bu cür halları pisləyir, hadisənin araşdırılması yönündə işləri davam etdiririk. Güman olunur ki, bu şüar meydanda əyləşən bir azyaşlı tərəfindən səsləndirilib.
Sumqayıt futbolsevərlər şəhəridir, fanatlarımız bu günə qədər daim istənilən rəqibə və futbolçuya hörmətlə yanaşıb. "Sumqayıt" Futbol Klubu belə hərəkətin yolverilməz olduğunu açıqlayır.
Qeyd edək ki, hətta həmin hadisədən bir qədər sonra, daha dəqiq fasilə zamanı klubumuzun rəsmi fanklubu adıçəkilən futbolçunu alqış sədaları ilə yanlarına çağırıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB