Dünya festivalında Azərbaycan da təmsil olunacaq

Dünya festivalında Azərbaycan da təmsil olunacaq

Oktyabrın 23-də universal döyüş üzrə Azərbaycan yığma komandasının üzvləri İstanbula yola düşüblər.
AzərTAc xəbər verir ki, məqsəd İstanbulda keçiriləcək qarışıq döyüş növləri üzrə ikinci dünya festivalında iştirak etməkdir. Komandamızın heyətində 15 idmançı, 2 hakim və yığma komandanın baş məşqçisi Elşən İsmayılov yer alıb.
Universal döyüş növü festivalda ilk dəfədir təmsil olunacaq. Bu növün festivalın proqramına daxil edilməsi barədə qərar mayın 29-da yarışın təşkili ilə bağlı keçirilən komissiyada qəbul olunub.
Milli komandamız festivalda Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənovun rəhbərliyi altında mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə