Oğuz Çetin: "Növbəti oyunda komanda ruhumuzu ortaya qoyub, mövsümün ilk qələbəsini qazanacağıq”

Oğuz Çetin: "Növbəti oyunda komanda ruhumuzu ortaya qoyub, mövsümün ilk qələbəsini qazanacağıq”

Topaz Premyer Liqasının 3-cü turunda "Xəzər Lənkəran" Zaqatalada yerli "Simurq"la qarşılaşıb. SİA-nın məlumatına görə, rəqibinə 0:2 hesabı ilə məğlub olan cənub təmsilçisi mövsümün 3-cü oyununda da qələbə sevinci yaşaya bilməyib. Oyundan sonra "Xəzər Lənkəran" klubunun baş məşqçisi Oğuz Çetin mətbuat konfransında qarşılaşma barədə danışıb: "Oyunda qalib gəlmək üçün lazım olan mübarizəni, qələbə əzmini "Simurq" göstərdi. Buna görə də rəqibimizi qələbə münasibəti ilə təbrik edirəm. Bu cür komandaları məğlub etmək üçün onların göstərdiyi mübarizəyə qarşılıq vermək lazımdır. Təəssüf ki, bu gün rəqibə qarşılıq verə bilmədik, oyunumuzu oynaya bilmədik və məğlub olduq. Hər bir oyunçumun bu gün nə səviyyədə oyun göstərdiyini düşünməsi lazımdır. İlk iki turda 5 xal itirməyimiz də bizi müəyyən qədər basqı altında saxlayır. Ardından gələn "Simurq" məğlubiyyəti də təsirsiz ötüşməyəcək. Buna baxmayaraq, heyətimizdə peşəkar futbolçular var. Komanda olaraq toparlanıb, qarşıdakı "İnter"lə oyunda dönüş etməliyik. Ümid edirəm ki, növbəti oyunda komanda ruhumuzu ortaya qoyub, mövsümün ilk qələbəsini qazanacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə