“Bakı” 1/4 finalda "Rəvan"a rəqib oldu

“Bakı” 1/4 finalda "Rəvan"a rəqib oldu

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib. Siasport.az saytının məlumatına görə, "Bakı" "Sumqayıt"la münasibətlərə aydınlıq gətirib. "Bakı" FK-nın təlim-məşq bazasının stadionunda keçirilən görüşdə paytaxt təmsilçisi qələbə qolunu 90+3 dəqiqədə vurub. Belə ki, hesabı oyunun 59-cu dəqiqəsində "Bakı"nın futbolçusu Aleksandar Soliç açıb. Matçın 85-ci dəqiqəsində isə Slavik Alxasov hesabda tarazlıq yaradıb. Oyunda son nöqtəni Risto Ristoviç qoyub. O, 90+3 dəqiqədə topu tora qovuşdurub və komandasına qələbə qazandırıb. Beləliklə, "Bakı" Azərbaycan Kubokunun 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Oyunun baş hakimi Vüsal Əliyev olub.

Qeyd edək ki, "Bakı" 1/4 finalda "Rəvan" klubu ilə qarşılaşacaq.

Azərbaycan kuboku
1/8 final
4 dekabr (çərşənbə)
"Bakı" - "Sumqayıt" 2:1

Qol: Soliç 59, Ristoviç 90+3 / Alxasov 85
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə