Cavid İmamverdiyev: "Psixoloji gərginlik səbəbindən bir azarkeşlə dialoqum sərt alınmışdı"
"Simurq" klubu ilə matçda qələbəyə layiq oyun nümayiş etdirsək də qol vura bilmədik. Elə təkcə mənim fərqlənmək üçün bir neçə real imkanım oldu. Bu fürsətlərdən yararlana bilməməyimizi azarkeşlər təbii olaraq narazılıqla qarşılayırlar". Bu sözləri "Neftçi" klubunun futbolçusu Cavid İmamverdiyev deyib. O, sosial şəbəkədə azarkeşlə sərt dialoqu barədə danışıb: "Əlbəttə ki, nəticə tələb etmək azarkeşlərin haqqıdır və onlar öz fikirlərini sosial şəbəkələrdə də bildirirlər. Sadəcə oyun sonrası psixoloji gərginlik səbəbindən bir azarkeşlə dialoqum sərt alınmışdı. Elə bu oyunda fərqlənə bilmədiyimə görə özümü hamıdan çox qınayıram. Qoy azarkeşlərimiz bilsinlər ki, biz futbolu onlar üçün oynayırıq. Azarkeşlərə Avropa Liqası, 3 qat ölkə çempionluğu yaşadan "Neftçi" bunun davamını gətirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB